Qazaxıstanın ən yaxşı futbolçusu yığmamıza qarşı oynamayacaq
19.05.2011 - 13:08
Qazaxıstanın ən yaxşı futbolçularından olan Nurbol Jumaskaliyev Azərbaycan millisi ilə iyunun 3-də Avro-2012-nin seçmə mərhələsindəki rəsmi oyunda iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçunun Astanadakı görüşə çağırılmamağı birmənalı qarşılanmayıb.
Onun oynadığı Astana “Lokomotiv”inin prezidenti Qriqori Loriya futbolçusunun millimizlə görüşdən kənarda qalmasını başa düşmür: “Biz yığmaya 5 futbolçumuzun çağırılması ilə bağlı məlumat almışıq. Bunlardan Marat Şaxmetov ilk dəfə dəvət olunur. Ancaq Jumaskaliyevin niyə oynamadığını yalnız yığmamızın baş məşqçisi Miroslav Beranek bilir”.
Qeyd edək ki, Qazaxıstan Futbol Federasiyası Azərbaycanla oyuna heyəti mayın 26-da açıqlayacaq.

- Kerem Demirbaydan “Qalatasaray” açıqlaması
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
0
0