Mirça Rednik seçim qarşısında
31.05.2011 - 16:29
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik karyerasını bu komandada davam etdirib-etdirməyəcəyini düşünür. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssisin Azərbaycan kubokunu qazandırdığı klubla yeni müqavilə imzalamaqda tərəddüd etməsi təsadüfi deyil.
Belə ki, “Xəzər Lənkəran”la yanaşı, daha 2 klub Rednikin xidmətində maraqlıdır. Bunlardan biri BƏƏ, digəri Belçika təmsilçisidir. Ərəblər maddi məsələdə cəlbedici təklif irəli sürübsə, bir vaxtlar futbolçu kimi çıxış etdiyi Belçikaya qayıtmaq imic baxımından daha çox diqqət çəkir.
Qeyd edək ki, Rednik artıq sabah müqavilənin yenilənməsi ilə bağlı qəti qərar verməlidir.

- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0