“Bizim futbolçular bu görüşü udmaq istəyirlər”
01.06.2011 - 09:19
“Bizim Azərbaycan futbolçuları ilə görüşdə vəzifəmiz çox ciddidir. Çünki seçmə mərhələdə hələ aktivimizdə xal və qol yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan millisinin baş məşqçisi Miroslav Beranek deyib.
Çexiyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə keçirəcəkləri oyuna münasibət bildirib: “Mən gənc və yeni futbolçulara şans verəcəyəm ki, özlərini göstərə bilsinlər. Qazaxıstan futbolunda yeni adlar olmalıdır. Mən onları izləmişəm və buna görə də onlara güvənirəm. Yəni, Azərbaycan milli komandası ilə seçmə mərhələdə ilk qolumuzu vuraraq, ilk xallarımızı qazanmaq istəyirik. Bizim üçün bu çox böyük motivasiyadır. Ətrafdakı abı-havadan hiss edirəm ki, futbolçularımız bu görüşü udmaq istəyirlər”.
Qeyd edək ki, Astanada keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu iyunun 3-də, Bakı vaxtı ilə 18:00-da start götürəcək.

- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0