UEFA Azərbaycan yığmasının oyununa analitik göndərir
01.06.2011 - 14:47
Avro-2012-nin seçmə mərhələsinin A qrupunda keçiriləcək Qazaxıstan - Azərbaycan oyununu idarə edəcək Euan Norrisin kimliyi məlum olub. Apasport.az saytının məlumatına görə, Astanada baş tutacaq görüşün referisi ixtisasca analitikdir.
1977-ci il oktyabrın 29-da anadan olan şotlandiyalı 4 ildir Premyer Liqa matçlarına təyinat alır. Şotlandiya çempionatındakı 4 ilə 35 qarşılaşma idarə edən Norris 2009-cu il yanvarın 1-dən FİFA hakimidir.
Beynəlxalq arenadakı ilk ilində U-17-lərin 3, U-21-lərin 2 matçına çıxan britaniyalı ötən il daha çox təyinat alıb. O, U-17-lərin 3, U-21-lərin 1 matçı ilə yanaşı, avrokuboklarda da özünü sınayıb.
Lakin 2010-cu ilin sentyabrın 3-də baş tutan İsveç və İsrailin U-21-ləri arasında görüş Norris üçün sonuncu olub. Təxminən 10 ay UEFA-ya lazım olmayan şotlandiyalı indi karyerasında ilk dəfə əsas millilərin görüşünü idarə edəcək.
Qeyd edək ki, Norris indiyə qədərki matçlarda təmsilçilərimizlə üz-üzə gəlməyib.

- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0