Yayın 17 anı - VİDEO
01.06.2011 - 23:00
Yayın 17 anı - VİDEO
Azərbaycan futbol tarixində adı qalıb, özü olmayan milli komanda da var. Apasport.az saytının məlumatına görə, bu, qadınlardan ibarət yığmadır.

Komandamız ötən il DÇ-2011-in seçmə mərhələsini bitirən kimi fəaliyyətini dayandırdı. Bu da təsadüfi deyildi. Əvvəl məşhur “lipa” qalmaqalı, ardınca isə yığma tarixinin ən böyük darmadağını.

Ötən ilin yayında, iyunun 23-də İsveç yığmasının qonağı olan futbolçularımız 17:0 hesabı ilə uduzmuşdu. Bu məğlubiyyət qadın millimizin tarixinin antirekordu olmaqla yanaşı, isveçlilərin heç vaxt qazanmadıqları bir qələbədir.

Həmin vaxt İsveç mətbuatı da millimizin halına acıyırdı: “Boks elə bir idman növüdür ki, hakim tərəflərdən birinin aşkar üstünlüyünü görüb, döyüşü dayandırır. Futbolda isə bu mümkün deyil. Elə buna görə də İsveç yığması Azərbaycanı 17:0 hesabı ilə məğlub etdi. Oyunun 67-ci dəqiqəsində qonaqların qapıçısı yan xəttə doğru getdi. O, 14 qol buraxdıqdan sonra əvəzlənirdi. Lakin hiss olunurdu ki, o, batmaqda olan günəşə hayqırmaq, vaxtın tez bitməsini istəmək niyyətindədir”.
0