Yozef Blatter FİFA-nın yeni prezidenti kimi ilk səfərini Azərbaycana edəcək
02.06.2011 - 12:11
Mərdəkan qəsəbəsində AFFA tərəfindən inşa olunmuş Futbol Mərkəzinin, eyni zamanda bu mərkəzə daxil olan “Dalğa Arena”nın açılış mərasiminin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, tədbir iyunun 6-da keçiriləcək. Saat 09:00-da başlayacaq açılış mərasimində FİFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini və digər rəsmi şəxslər iştirak edəcək. Bu, Blatterin iyunun 1-də FİFA-da keçirilən prezident seçkilərindən sonra ilk səfəridir.
Qeyd edək ki, iyunun 6-da “Buta Palace”də Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş tədbir də keçiriləcək.
Qeyd edək ki, iyunun 6-da “Buta Palace”də Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş tədbir də keçiriləcək.
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
0
0