Aleksandr Starkov yığmamızın qələbə şansını dəyərləndirdi
03.06.2011 - 10:42
“Latviyanın evdə İsraili, Azərbaycanın isə səfərdə Qazaxıstanı udmaq şanslarını müqayisə edə bilmərəm. Lakin onu deyə bilərəm ki, Azərbaycan yığmasının Astanadakı oyununu böyük maraqla gözləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Latviya yığmasının və “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov deyib.
Latviyalı çalışdırıcı Avro-2012-nin seçmə mərhələsinin bu gün keçiriləcək Qazaxıstan - Azərbaycan matçı haqda fikirlərini açıqlayıb: “Mənə bu matçı izləmək üçün yer tapmaq çətin olacaq. Çünki həmin vaxt mehmanxanada olacağam. Riqada belə matçları idman barlarında izləmək mümkündür. İstənilən halda, Azərbaycan yığmasına uğurlar arzulayıram. Qazaxıstanla qarşılaşma çox çətin olacaq. Lakin qələbə şansları böyükdür. O ki qaldı öz yığmama, əsas odur ki, uğur bizimlə olsun. Uğur isə daha çox əziyyət çəkənin yanında olur”.
Rüstəm MİKAYILLI

- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
0
0