Blatter, Platini və Abdullayevin iştirakı ilə mətbuat konfransı
05.06.2011 - 16:04
FİFA və UEFA prezidentləri Yozef Blatterlə Mişel Platini Bakıda mətbuat konfransı keçirəcəklər. Apasport.az saytının məlumatına görə, Blatterlə Platini sabah saat 18:30-da “Excelsior” otelində AFFA-nın prezidenti Rövnəq Abdullayevlə birgə jurnalistlər qarşısına çıxacaqlar. Mətbuat konfransı Azərbaycan futbolunun 100 illik yubileyinə və 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə ölkəmizdə keçiriləcək dünya çempionatına həsr olunacaq.
Qeyd edək ki, Blatterlə Platini AFFA rəhbərliyi tərəfindən futbolumuzun 100 illik yubileyinə dəvət olunublar.
Mənbə: affa.az
Qeyd edək ki, Blatterlə Platini AFFA rəhbərliyi tərəfindən futbolumuzun 100 illik yubileyinə dəvət olunublar.
Mənbə: affa.az
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
0
0