“Qarabağ” hazırlığa başladı
06.06.2011 - 18:04
Ağdamın “Qarabağ” klubu yeni mövsümün hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümü bürünc medallarla bitirən ağdamlıların bazada toplaşan futbolçular bu gün 2 məşqlə kifayətləniblər. Qurban Qurbanovun yetirmələri bu minvalla ayın 8-nə kimi Bakıda məşq edəcəklər.
İyunun 9-u isə “Qarabağ” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. Ağdam təmsilçisi iyunun 23-nə kimi Ankara yaxınlığında yerləşən Qızılcahamamda təlim-məşq toplanışı keçəcək.
Qeyd edək ki, “Qarabağ” məşqlərə başlasa da, heç də tam heyətlə hazırlıq keçə bilmir. Nderim Nedzipi və Bojan Pavloviç artıq “Qarabağ”ın düşərgəsindədir. Fərqli millinin düşərgələrində olan 10-dan çox futbolçu isə toplanışa bir qədər gec qatılacaq. Milli futbolçulara komandanın baş məşqçisi Qurban Qurbanov 13-nə kimi istirahət verib.
Mənbə: qarabagh.com

- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
0
0