“Gələcəkdə daha mötəbər futbol turnirlərini keçirmək şansınız var“ - VİDEO
06.06.2011 - 19:06
“Biz Azərbaycana səfərimizlə futbola diqqətimizi göstərdik. FİFA, UEFA və AFFA burada ötürmə verir və futbolu birgə inkişaf etdiririk”. Apasport.az saytının məlumatına görə, bu fikirləri FİFA prezidenti Yozef Blatter bu gün keçirdikləri mətbuat konfransında deyib. Səhər Mədəkan qəsəbəsində açılışını etdikləri “Dalğa Arena”da gördüklərini çox bəyənən Blatter orada 2012-ci ildə 17 yaşlı qızlardan ibarət dünya çempionatının final mərhələsinin yüksək səviyyədə keçəcəyinə əmindir: “Həmin arenada dünya çempionatının final mərhələsi keçiriləcək və bu, vacib amildir. Hesab edirik ki, 17 yaşlı qızlardan ibarət yığma komandamız həmin dünya çempionatında uğurlu çıxış edəcək. AFFA-nın bu mötəbər yarışı keçirməklə bağlı təşəbbüs etməsi çox önəmli addımdır. Bundan sonra dayanmayaraq, yalnız Bakıda deyil, rayonlarda da oyunlar keçirdiniz, stadionlar inşa etdirdiniz. Qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin bizi qəbul etməsi çox xoşdur. Cənab İlham Əliyev futbolun inkişafına dəstəyini göstərdi. AFFA rəhbərliyinə məni seçkilərdə dəstəklədiyinizə görə minnətdaram”.
FİFA prezidenti məşhur futbol hakimimiz, adını futbol tarixinə yazdıran Tofiq Bəhramovu xatırlayıb: “Sizin 100 illikdə bir insan tarix yazıb. Bu, 1966-cı ildə dünya çempionatının finalında yan xətt hakimi olan Tofiq Bəhramov oldu. Həmin final oyunun iştirakçıları - vacib qolu vuran ingiltərəli Ceff Herstlə alman qapıçı Hans Tilkovski Bakıya gəliblər. Bu, çox tarixi andır. Həmin finalda qolun olub-olmamağı müzakirəsi davam etdirilir. O vaxt müvafiq texnika yox idi. Platini deyir ki, əsas qapıçının topu tutması idi. Bu, olsaydı, heç bir mübahisə də olmayacaqdır. Çox maraqlı məqam odur ki, ötən il dünya çempionatında Almaniya – İngiltərə oyununda da belə epizod oldu. Almaniya yığması indi bura gəlib. Bütün bunlar futbolda təsadüflər çox olduğunu göstərir. Məni seçkilərdə dəstəkləməyən İngiltərə Futbol Assosiasiyası FİFA ilə əməkdaşlıq etməyə hazır olması ilə bağlı məktub göndərdi. Mən buna çox şad oldum. İngiltərənin futbol qurumu dünyada 1 nömrəli assosiasiyalardan biridir. Mən onlarla sıx işləməyə hazıram”.
Blatter gələcəkdə ölkəmizin böyük futbol turnirləri, oyunlar keçirməsi ilə bağlı nikbindir: “Təbii ki, buna şanslarınız var. Bu, ilk addımdır. Əminəm ki, gələn il Azərbaycanda dünya çempionatı yaxşı səviyyədə təşkil olunacaq. Ölkəniz gələn il mahnı müsabiqəsini də təşkil edəcək. Bütün bunlar Azərbaycan üçün çox vacib amildir. Gələcəkdə beynəlxalq səviyyədə daha vacib oyunları, turnirləri təşkiı edə bilərsiniz. Ancaq hər şey addım-addım olmalıdır”..
Futbolda təbii ot örtüyün daha yaxşı hesab edən FİFA prezidenti dünyada sintetik qazonların artmasını səbəbsiz olmadığını bildirərək, məsələyə aydınlıq gətirib: “FİFA üzvlərinin 23 hissəsi iqlim şəraitini əsas gətirərək, sünü qazondan istifadə etməyi təklif ediblər. Bəzi ölkələrdə təbii otda oyun keçiriləndən sonra tez-tez yağış yağarsa, pis vəziyyətə qalır. Onlarda futbolun inkişafı bizim üçün vacibdir. Siz bir məlumat verim ki, Kanada 20 yaşadək yığmalar arasında dünya çempionatı fərqli qazonda keçirilmişdi. Meydançanın yarısı təbii, yarısı süni idi. Böyük fərq olmadı. Fərq belə meydançalarda daha çox qol vurulmasıdır. “Dalğa” stadionunda süni torfdan istifadə olunur. Elə yüksək səviyyədədir ki, yeniyetmələr bu qazonda oynaya bilərək, artıq buna alışırlar. Bəli, böyük futbol ulduzlarının belə imkanı olmayıb”.
Mehman SÜLEYMANOV

0
0