Əsgər Abdullayevlə Musa Süleymanov arasında fikir ayrılığı
08.06.2011 - 18:00
Baş məşqçi postuna Əsgər Abdullayevi gətirən “Turan” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının xəbərinə görə, mövsüm başa çatdıqdan sonra legionerlərdən üçü istisna olmaqla, qalanları ilə yollarını ayıran Tovuz təmsilçisi yerli futbolçularla güclənmək niyyətindədir.
Ramal Hüseynov, Nizami Hacıyev, Cavad Mirzəyevlə danışıqları davam etdirən Abdullayevin gözlənilməz qərarlarından biri də faktiki heç bir kluba yaramayan Emin Quliyevi yenidən böyük futbola qaytarmaqdır. Düzdür, Quliyevin keçidinə klub prezidenti Musa Süleymanov etiraz edir. Lakin baş məşqçi başqana müdafiəçinin yaxşı çıxış edəcəyini deyib.
Kamal Bayramovun “Xəzər Lənkəran”a transferindən sonra qapıçı axtarışlarını davam etdirən “Turan” Elşən Poladovun xidmətində maraqlıdır. AZAL-ın heyətdən kənarlaşdırdığı qolkiper isə yüksək məvacib istədiyindən, danışıqlar dayandırılıb. Buna görə də, “çərçivə”ni əcnəbi qapıçının qoruyacağı istisna deyil.
Qeyd edək ki, Əsgər Abdullayev faktiki 1 ildir futboldan kənarda qalan Nadir Nəbiyevlə Ruslan Abbasovu da sərəncamında görmək istəyir.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0