“Barselona”nın ötən mövsümkü qazancı açıqlandı
10.06.2011 - 08:26
Çempionlar Liqasının (ÇL) son qalibi olan “Barselona” klubu gəlirlərini artırıb. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi ötən mövsüm 420 milyon avro qazanıb. Müqayisə üçün deyək ki, “Barsa”nın bundan əvvəlki mövsüm qazancı 415 avro təşkil edib. İspaniya çempionunun xərcləri isə azalıb. Belə ki, bu, cari ildə 441, ötən il isə 495 milyon avro olub. “Barsa”nın borcları da azalıb – 532 milyondan 438 milyona.
Qeyd edək ki, “Barsa” ötən mövsüm İspaniya çempionluğu və CL-i qazansa da, ölkə kubokunu əldə edə bilmədi. Buna əzəli rəqibi “Real” final oyununun əlavə vaxtında portuqaliyalı futbolçusu Kriştianu Ronaldonun vurduğu qolla (1:0) imkan vermədi.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0