Tuyqun Nadirov: Final matçından öncə Giray Bulaka heç kim zəng etməyib
10.06.2011 - 13:30
“Bizim ilk gündən Mirça Redniklə müqaviləmiz 2 illik olub”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.
Tanınmış türkiyəli mütəxəssis Giray Bulak ölkə mətbuatına müsahibəsində bildirib ki, az öncə “Xəzər Lənkəran”ın baş məşqçisi postuna keçə bilərmiş. Amma “ağ-yaşıllar”ın Azərbaycan kubokunun finalında “İnter”ə qalib gəlməsi, Rednikin istefaya göndərilməsinə, türk çalışdırıcının isə rumıniyalı məşqçini əvəzlənməsinə mane olub.
Bulakın fikirlərinin düzgün olmadığını bildirən Nadirov bildirib ki, ona final matçından öncə zəng edilməsi də yalandır: “Komandamız Redniklə o vaxtdan 2 illik müqaviləyə imza atıb. Belə olan təqdirdə, hansı istefadan söhbət gedə bilər? Komandamız rumın məşqçinin fəaliyyətindən razıdır və əməkdaşlığımız davam edir. Final matçından öncə isə heç kimə Giray Bulaka zəng etməyib”.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0