“İnter” Fatih Terimin dəvətini qəbul etdi
11.06.2011 - 12:42
“Qalatasaray” növbəti mövsümün açılışını İtaliyanın “İnter” klubu ilə oyunla edəcək. Apasport.az saytının məlumatına görə, Fatih Terim “Cim Bom”un baş məşqçi postuna qayıdandan sonra ilk sınağını ötən il Çempionlar Liqasının (ÇL) qalibi qarşısında vermək fikrində olaraq, istəyinə çatıb. “Qalatasaray” yeni istifadə verdiyi öz stadionunda – “Türk Telekom Arena”da möhtəşəm bir açılış mərasimi keçirməyi planlaşdırıb. Komanda iyulun 24-də növbəti mövsümün açılış tədbiri çərçivəsində “İnter”i yoldaşlıq görüşünə dəvət edib və buna razılıq alıb.
Qeyd edək ki, “İnter” növbəti mövsümdə birbaşa ÇL-in qrup mərhələsində iştirak edəcəksə, “Qalatasaray” avrokuboklardan kənarda qalıb.
Qeyd edək ki, “İnter” növbəti mövsümdə birbaşa ÇL-in qrup mərhələsində iştirak edəcəksə, “Qalatasaray” avrokuboklardan kənarda qalıb.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0