“Azərbaycan fiziki cəhətdən güclü komandadır”
12.06.2011 - 22:19
“Dünənki ağır oyuna görə bugün futbolçularımda yorğunluq vardı. Rəqib isə bizdən daha yaxşı təsir bağışlayırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Özbəkistan U-17 yığmasının baş məşqçisi Dilşod Nuraliyev deyib.
O, “Caspian Cup” turnirinin 2–ci turunda Azərbaycan millisinə məğlubiyyəti (2:4) yorğunluqla izah edib: “Bu da hesabda öz əksini tapdı. İkinci hissədə 2 əvəzetmə ilə oyunun axarını nisbətən dəyişə bildik. Ancaq bu, xal qazanmaq üçün kifayət etmədi. Azərbaycan fiziki cəhətdən güclü komandadır. Topla yaxşı davranır və yaradılmış imkanları qola çevirə bilirlər. Təəssüf ki, turnirdə keçirdiyimiz hər iki oyunda qapıçılarımız ciddi səhvlərə yol verdi”.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0