İtalyanlar qapıçısını “Qalatasaray”a satmadı
13.06.2011 - 13:48
İtaliyanın “Latsio” klubunun qapıçısı Fernando Musleranın “Qalatasaray”a keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, Roma təmsilçisi son anda fikrindən daşınaraq, gənc qapıçısını “Cim Bom”a verməyib. Türklər Musleranı Albaniya yığmasının da üzvü olan futbolçusu Lorik Kana ilə dəyişdirmək istəyirdi. Ancaq “Latsio”nun prezidenti Fernandonun əvəzinə yarımmüdafiəçi ilə yanaşı, 2 milyon avro da tələb edib. Bu isə istanbulluları qane etmədiyindən, danışıqlar müsbət yekunlaşmayıb. İndi “Qalatasaray” İtaliya paytaxtının digər təmsilçisi – “Roma” və Braziliya yığmasının qapıçısı Donini transfer etməyə çalışır.
Qeyd edək ki, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim İtaliyada oynayan digər legioner Salley Muntarinin də adını transfer siyahısına daxil edib. Qana milli komandasının yarımmüdafiəçisinin meneceri Frank Şreyer “Cim Bom”dan müdhiş təklif aldıqlarını və bunu dəyərləndirdiklərini bildirib. O, Muntarinin karyerasını Türkiyədə davam etmək ehtimalının olduğunu desə də, futbolçu İngiltərə Premyer Liqasında oynamaq istədiyini söyləyib.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0