“Xəzər Lənkəran”ın oyununun bileti 30 manata
21.07.2011 - 17:16
“Xəzər Lənkəran”ın Avroliqanın II təsnifat mərhələsində İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə bugünkü ev oyununda böyük anşlaq olacaq. Apasport.az saytının məlumatına görə, saat 20:30-da Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək cavab görüşünə azarkeş marağının böyüklüyündən satışda bilet qalmayıb. Oyuna 1 gün qalmış stadionun kassalarında bilet tapmaq qeyri-mümkün olsa da, matç ərəfəsində “qara bazar”da fəallıq yaranıb. Belə ki, biletləri yalnız “qara bazar”da tapmaq olar və onların qiyməti artıq 30 manata qalxıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” iyulun 14-də səfərdə keçirilən ilk oyunda rəqibinə 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, “Xəzər Lənkəran” iyulun 14-də səfərdə keçirilən ilk oyunda rəqibinə 1:3 hesabı ilə uduzub.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0