Vurduğu qolu cənnətə gedən oğluna həsr etdi - VİDEO - FOTO
03.11.2011 - 16:42
Vurduğu qolu cənnətə gedən oğluna həsr etdi - VİDEO - FOTO
Futbol üzrə İngiltərə çempionatının aşağı liqasında “Donkaster Rovers” və “Midlsboro” arasında keçirilən oyunda çox maraqlı və duyğusal an yaşanıb. Lent.az-ın məlumatına görə, 1:3 hesabı ilə uduzan “Donkaster Rovers”in yeganə qolunun müəllifi oktyabrın 29-da iki günlük övladını itirən Billi Şarp olub.

Şarp oyun öncəsi məşqə qatılmasa da, baş məşqçi Din Saundersdən heyətə salınmasını və meydançaya buraxılmasını xahiş edib. Saunders və komanda yoldaşları ona dəstək olublar. İngiltərəli futbolçu vurduğu qoldan sonra böyük üzüntüsünü hamı ilə paylaşıb.

O, qolu ölən uşağına həsr edib. Bu sevinc ona sarı vərəqə bahasına başa gəlib. 25 yaşlı hücumçu qol sevincini bölüşərkən, “This is for you, son” (“Bu, sənin üçündür, oğlum”) deyib.

Qeyd edək ki, Billi Şarpın dünyasını dəyişən övladının adı Luey olub.
0