“Bakı” Rumıniya klubu ilə qarşılaşacaq
31.12.2011 - 00:17
“Bakı” Rumıniya klubu ilə qarşılaşacaq
Yanvarın əvvəllərində Türkiyəyə təlim-məşq toplanışına yollanacaq “Bakı” klubunun hazırlıq çərçivəsində qarşılaşacağı rəqiblərdən biri bəlli olub. Apasport.az saytının xəbərinə görə, “zolaqlılar” Rumıniya təmsilçisi “Panduri” ilə qarşılaşacaq. Həmin oyun yanvarın 26-da keçiriləcək.