Lionel Messini arxada qoyan tapıldı - VİDEO
10.01.2012 - 10:03
Lionel Messini arxada qoyan tapıldı - VİDEO
2011-ci ilin ən gözəl qolu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, FİFA ötən ilin ən yaxşı qolu üçün təsis etdiyi Ferens Puşkaş mükafatının sahibinin adını açıqlayıb. Braziliyanın “Santos” klubunun futbolçusu Neymar Braziliya çempionatının “Flamenqo” ilə qarşılaşmasında vurduğu qolla hamıdan öndə olub. Neymar “Mançester Yunayted” – “Mançester Siti” oyununda fərqlənən Ueyn Runi və “Barselona” – “Arsenal” görüşündə qol sevinci yaşayan Lionel Messini arxada qoyub.
0