“Brenesin Azərbaycan klubuna keçidi bizi sevindirir”
10.02.2012 - 13:12
“Xəzər Lənkəran”la Rendal Brenes arasında müqavilə imzalama prosesi çox qısa sürdü. Şərtlər bütün tərəflər arasında əvvəlcədən razılaşdırıldığından, artıq müzakirələrə ehtiyac olmadı” Apasport.az saytının məlumatına görə, bu sözləri Kosta-Rikanın “Kartagin” klubunun prezidenti Xose Luis Rodriges deyib.
O, komandasının sabiq futbolçusu Rendal Brenesin “Xəzər Lənkərana” keçidi ilə bağlı müqavilənin imzalanması haqda fikirlərini açıqlayıb: “Rendalın “Xəzər Lənkəran”a keçidi bizi çox sevindirir. O, özü də komandaya qoşulacağı anı gözləyir. Biz isə ona və ailəsinə Azərbaycanda uğurlar arzulayırıq. Komandamızın qapıları onun üzünə açıqdır. Karyerasını bitirmək zamanı çatanda geriyə qayıda bilər. Biz ona indiyəqədərki xidmətlərinə görə minnətdarıq”.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0