Əfsanəvi Prinsin rekordu təkrarlanacaqmı?
11.02.2012 - 13:29
Bu gün futzal üzrə Avropa çempionatına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, İspaniya və Rusiya yığmaları arasında baş tutacaq final qarşılaşması bir sıra rekordlarla əlamətdar olacaq.
Belə ki, 8-ci dəfə keçirilən qitə birincilikləri tarixində 4-cü dəfə finalda bu 2 ölkə yığmaları üz-üzə gələcək. Üstəlik, yalnız 1 dəfə finaldan kənar qalan İspaniya 7-ci dəfə həlledici qarşılaşmada oynayacaq. 4-cü dəfə ardıcıl olmaqla 6-cı çempionluğu qazanmaq iddiasında olan pireneylilərin futzalçıları isə təkcə futzal deyil, ümumilikdə UEFA rekordunu hədəfləyib. Belə ki, müdafiəçi Kike və qapıçı Luis Amado karyeralarında 5-ci dəfə Avropa çempionu ola bilərlər. UEFA tarixində isə yalnız qadın futbolçulardan ibarət Almaniya milli komandasının sabiq əfsanəsi Birqit Prins buna nail olmuşdu.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0