Evdə 4000-ci qol
13.02.2012 - 11:26
Dünyanın ən bahalı futbolçusu Kriştianu Ronaldo daha bir nailiyyəti ilə futbol tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı portuqaliyalı hücumçu 2009-cu ildən şərəfini qoruduğu “Real” ev oyunlarını keçirdiyi “Santyaqu Bernabeu” stadionunda 4000-ci qolunun müəllifi olub. Bu, İspaniya çempionatının XXIII turunda “Levante” ilə matçda olub. Madridlilərin 4:2 hesabı ilə əzmkar qələbə qazandığı oyunda Ronaldo het-trik edib və onun 3-cü qolu yubiley olub.
Qeyd edək ki, “Real”ın öz stadionunda ilk qolunun müəllifi Çus Alonso olub. Bu, 65 il öncə “Atletiko”ya 5:1 hesabı ilə qalib gəldikləri matçda vurulub. Madrid klubu həmin vaxtdan bu yana doğma arenasında keçirdiyi 1509 rəsmi oyunda 4001 qola imza atıb. Bu isə 1 oyunda məhsuldarlığın orta hesabla 2,65 qol olmağı deməkdir.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0