Şahin Diniyevi istefaya göndərdi, “Sportinq”in baş məşqçisi oldu
14.02.2012 - 11:19
İspaniyanın “Sportinq” klubunun baş məşqçisi postunda dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, təcrübəli ispan mütəxəssis Xavyer Klemente Xixon təmsilçisinin “süknaı arxası”na gətirilib. Onunla iyunun 30-a kimi müqavilə imzalanıb. Klemente uğursuz nəticələrə görə işindən azad olunan Manolo Presyadonu əvəzləyib. Onun qarşısında çətin vəzifə durur. Belə ki, təcrübəli çalışdırıcı “Sportinq”i yüksək liqadan düşməkdən xilas etməlidir.
“Sportinq” Klementenin klub karyerasında 9-cu komanda oldu. Belə ki, o, bunadək vətənində “Atletiko, “Atletik”, “Betis”, “Real Sosyedad”, “Tenerife, “Mursiya”, “Espanyol” və “Valyadolid”i çalışdırıb.
Qeyd edək ki, Klemente milli komandamızın 20 illik tarixinə düşən baş məşqçilərdəndir. Onun rəhbərlik etdiyi Serbiya yığması 2007-ci ilin oktyabrında Bakıda millimizə 6:1 hesab ilə qalib gəlib. Bu, yığmamızın tarixində evdə rəsmi oyunlarda ən ağır məğlubiyyətdir. Millimizin baş məşqçisi olan Şahin Diniyev həmin oyundan sonra istefa vermişdi.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0