Biro Jadenin gözlənilən qayıdışı: Hər şey onun özündən asılı olacaq
14.02.2012 - 15:29
“Yığmamız Xorvatiyada keçirilən Avropa çempionatının final mərhələsindən qayıdandan sonra Biro Jade ilə əlaqəmiz olub. Millimizin üzvü artıq məşqlərə başlayıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev deyib.
Milli komandamızın liderlərindən olan Biro Jade ciddi zədələndiyindən, Avropa çempionatının final mərhələsindən kənarda qaldı. Nəticədə yığmamızın qrupda qaldığı həmin turnirdə milliləşdirilən təcrübəli braziliyalı oyunçunun yeri aşkar göründü.
İndi millimizi dünya çempionatının pley-off mərhələsində Rusiya ilə çətin sınaq gözləyir. Martın sonunda – aprelin əvvəlində keçiriləcək həmin oyunlara kimi Bironun qayıdışı gözlənilir. Xudiyev də buna ümid etdiklərini bildirib: “Jade hazırda Ukraynada, çıxış etdiyi “Uraqan”ın düşərgəsindədir. Bironun dünya çempionatının pley-off oyunlarında millimizin heyətində çıxış etməyinə gəlincə, bu, onun özündən, bərpa prosesindən asılı olacaq”.
Xudiyev bildirib ki, pley-off oyununa 1 gün qalmışa qədər iştirak ərizəsində dəyişiklik və yeni oyunçu sifariş etmək olar. Biro ötən ilin dekabrında Bakıda keçirilən dünya çempionatının seçmə mərhələ oyunlarında çıxış etməyəcəyindən, adı iştirak ərizəsinə salınmadı. Millimiz həmin vaxt müəyyənləşdirdiyi sifariş vərəqində dəyişiklər etmək üçün 1 aydan artıq vaxt var. Belə ki, dünya çempionatının ilk pley-off matçı martın 25-28-i aralığında keçiriləcək.
Qeyd edək ki, 39 yaşlı Jade millimizin 2 il öncə Avropa çempionatında 4-cü yeri tutmağında böyük əməyi oldu. O, həmin turnirin bombardirlərindən biri UEFA tərəfindən təqdim olunan “Qızıl buts”a layiq görüldü.
Mehman SÜLEYMANOV

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0