İqtisad Universitetində dünya çempionatı təbliğ olundu - FOTOSESSİYA
02.04.2012 - 16:11
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda tələbələrlə görüş keçiriblər. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, “Könüllülük Layihəsi” çərçivəsində təşkil olunmuş təbliğat xarakterli tədbirdə tələbələrə çempionata ümumi hazırlıq çərçivəsində görülən tədbirlər haqda məlumat verilib, bu tip beynəlxalq tədbirin ölkəmiz üçün əhəmiyyəti ətrafında müzakirələr aparıblar. Gənclər həmçinin FIFA-nın dünya çempionatları, qadın futbolu və Azərbaycanda keçiriləcək çempionatın gedişatı barədə məlumatlandırılıblar.
Təqdimat zamanı gənclərə dünya çempionatında onlar üçün yaradılmış ən geniş imkanlardan biri olan Könüllülük Proqramı, könüllü olmağın xeyirləri, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı ətraflı şəkildə məlumat verilib. Daha sonra çempionatla bağlı kiçik müsabiqədə qalib gələn şəxslərə promo materiallar təqdim olunub.

- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0