“Tveryankinin nə vaxt meydana dönəcəyini proqnozlaşdırmaq çətindir”
03.04.2012 - 11:27
“Qapıçılardan narazılığımız yoxdur. Həm Andrey Tveryankin, həm də Dmitri Molçanov hazırda yaxşı səviyyədə çıxış edirlər. Deyə bilmərəm ki, MOİK-ə onlara görə belə uduzduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın KPRF klubunun baş direktoru Arkadi Belıy deyib.
Vaxtilə Naxçıvanın “Araz” klubunun baş məşqçisi olmuş mütəxəssis Rusiya çempionatının MOİK-lə oyunundakı 2:8 hesablı məğlubiyyət haqda fikirlərini açıqlayıb. Belıy matçda zədələnən Azərbaycan millisinin qapıçısı Andrey Tveryankinin durumundan da danışıb: “Bizi məyus edən yeganə məqam isə Tveryankinin zədəsidir. Onun bu yaşında belə zədədən sonra nə vaxt meydana dönəcəyini proqnozlaşdırmaq çətindir. Lakin ümid edirik ki, “Sinara” ilə görüşədək hazır olacaq. Onun birləşdirici əzələsi dartılıb. Nə dərəcədə dartıldığını deyə bilmərəm. Bunun üçün müayinənin nəticələrini gözləməliyik. Əsas problem ondadır ki, bu yaşda bərpa prosesi uzun çəkir. Ona görə proqnoz vermək çətindir. Əlbəttə ki, Dmitri Molçanov var. Amma “Sinara” ilə görüşdə hər 2 qapıçımızı heyətdə görmək istəyərdik”.
Qeyd edək ki, 19 oyundanm sonra cəmi 7 xalı olan KPRF 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.

- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0