Azərbaycan yığması 2 ulduzlu stadionda
03.04.2012 - 12:02
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti yoxlama oyununun yeri və vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, aprelin 4-də Helsinkidə Finlandiya yığması ilə keçiriləcək qarşılaşmanın stadionu və başlama saatı açıqlanıb.
Görüş Helsinkinin “Sonera” stadionunda baş tutacaq. 1999-2000-ci illərdə inşa edilən və 12 il əvvəl açılışı baş tutan arena 10770 tamaşaçı tutur. Məşhur HİK klubunun ev oyunlarını keçirdiyi stadionun meydanının ölçüləri 105x68-dir. 2006-cı ildə FİFA-nın 2 ulduzuna layiq görülən stadion indiki adını 2 il əvvəl alıb. Belə ki, həmin vaxtadək arena “Finnair” adlanıb.
Qarşılaşmanın başlama saatına da aydınlıq gəlib. Oyun Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.

- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0