Samuel Eto’O “Barselona”dan 3 milyon avro qopara bilmədi
03.04.2012 - 17:55
Afrikanın ən yaxşı futbolçusu olan Samuel Eto’O “Barselona” qarşısında iddiasını geri götürüb. Apasport.az saytının məlumatına görə, “Anji”nin 31 yaşlı hücumçusu heyətində 2 dəfə Çempionlar Liqasının qalibi olduğu keçmiş komandasından 3 milyon qoparmağa çalışsa da, sonda uğursuzluğa düçar olub.
Samuel iddia edirdi ki, “Barselona” 2009-cu ildə “İnter”ə keçidində qazandığı məbləğin 15 faizini ona ödəməlidir. Kamerun yığmasının kapitanı bununla bağlı hələ 2010-cu ildə məhkəməyə müraciət etsə də, şikayəti rədd edilmişdi. Bu dəfə futbolçu “Barselona”ya qarşı iradlarından birdəfəlik imtina etməyi qərara alıb.

- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0