Mourinyo “Çelsi”yə sataşıb, “Barselona”nı təriflədi
05.04.2012 - 10:10
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının yarımfinalına çıxandan sonra gözlənilməz açıqlama verib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis karyerasının ən uğurlu illərini keçirdiyi “Çelsi”nin “bostanına daş atıb”.
Mourinyo hazırda prinsipial rəqibi olan “Barselona”nı dalbadal 2 il ölkə çempionu etdiyi, çoxsaylı mükafatlar qazandırdığı London klubundan üstün tutub: “Mənim üçün yalnız bir sual qalıb: “Barselona” ilə finalda kim oynayacaq? Bu, faktdır ki, “Barsa” yarımfinalda “Çelsi”ni keçəcək. Niyə buna əminəm? Çünki “Barselona” yaxşı komandadır. Onlar sadəcə, favorit yox, superfavoritdir. Əgər düzünə qalsa, finalda “Real”la “Çelsi”nin görüşəcəyini düşünmürəm. Ona görə deyirəm ki, finalçılardan artıq biri məlumdur – bu, “Barselona”dır. Yalnız öyrənmək qalıb ki, ona rəqib kim olacaq”.
Qeyd edək ki, yarımfinalda “Bavariya”ya düşən “Real” çempionatda liderlik edərək, ən yaxın izləyicisi olan “Barsa”nı 6 xal qabaqlayır.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0