Beşi məlum, digərləri naməlum
06.04.2012 - 08:54
Dünya çempionatının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək Rusiya – Azərbaycan matçı ərəfəsində baş tutacaq mətbuat konfransının iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, aprelin 9-da Tümen şəhərinin Mərkəzi İdman Kompleksində keçiriləcək qarşılaşmadan 1 gün əvvəl komandaların nümayəndələri media önünə çıxacaq.
Qarşılaşmanın keçiriləcəyi məkanda gerçəkləşəcək tədbir Bakı vaxtı saat 18:30-da başlayacaq. Mətbuat konfransında 5 nəfərin - Semyon Andreyev (Rusiya Mini Futbol Assosiasiyasının fəxri prezidenti), Emil Əliyev (Rusiya Mini Futbol Assosiasiyasının prezidenti), Aleksandr Popov (“Tümen” klubunun prezidenti), Sergey Skoroviç (Rusiya yığmasının məşqçisi), Joze Alesio Da Silva (Azərbaycan yığmasının baş məşqçisi) iştirak edəcəyi artıq dəqiqləşib. Tədbirə həmçinin hər 2 milli komandanın oyunçuları qatılacaq.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0