Adrian Pit: Erkən qol işimizə yaradı
08.04.2012 - 23:03
“Bizə 3 xal lazım idi. Meydana da bu məqsədlə çıxmışdıq”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit deyib.
“Qəbələ” ilə oyunda 90 dəqiqə meydanda olan və komandasının minimal hesablı qələbəsində pay sahibi olan rumıniyalı futbolçu hesabın böyük ola biləcəyini deyib.
Amma bəzi məqamlarda idman xoşbəxtliyi rəqibin yanında olub: “Erkən qol vurmağımız işimizə yaradı. Bu amil qələbədə mühüm rol oynadı. Üstəlik, birinci hissədə bir zərbəmiz qapı tirindən döndü. Fasilədən sonra da şansımız oldu. Təəssüf ki, istifadə edə bilmədik, amma hesabı qoruduq”.
O, məqsədlərinə çatdıqları üçün sevincli olduqlarını, artıq qarşıdakı matçlar haqda düşünməyin vacibliyini qeyd edib: “Bu oyun arxada qaldı. Növbəti oyunlar haqda düşünməliyik”.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0