Zaqreb “Dinamo”su yenə “Neftçi”ni gözləyir
10.04.2012 - 11:36
“Neftçi” klubu futbol üzrə Unibank Premyer Liqasının qalibi olacağı halda, Çempionlar Liqasının II təsnifat mərhələsində yenidən Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə üz-üzə gələ bilər. Lent.az-ın məlumatına görə, “Dinamo” Xorvatiya çempionatının sonuna 5 tur qalmış qızıl medalları təmin edib.
Hazırda Zaqreb təmsilçisi ən yaxın izləyicisi “Hayduk”u 15 xal qabaqlayır. Çempionatın yekununda bu iki komandanın xalları bərabərləşsə belə, şəxsi oyunlarda üstünlük “Dinamo”nun tərəfindədir.
“Neftçi” isə ardıcıl 2-ci mövsüm Azərbaycan çempionu olmağa çox yaxındır. Flaqman finişə 5 tur qalmış ən yaxın izləyicisi “Xəzər Lənkəran”ı 6 xal qabaqlayır. Yenidən qızıl medal qazanacağı halda “ağ-qaralar” Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacaqlar. Bu zaman potensial rəqiblər arasında Zaqreb “Dinamo”su da olacaq.
Qeyd edək ki, 2011-2012-ci il mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” Zaqrebdə “Dinamo”ya 0:3 hesabı ilə uduzsa da, evdə 0:0 hesablı heç-heçə ilə kifayətlənərək mübarizəni dayandırıb.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0