Azərbaycan yığması FİFA reytinqində 6 pillə irəliləyəcək
10.04.2012 - 11:38
FİFA sabah milli komandaların reytinq siyahısını açıqlayacaq. Apasport.az saytının məlumatına görə, artıq indidən yığmaların aprelin 11-dəki reytinqdə qərarlaşacağı yerlər məlumdur.
Ötən ay açıqlanan reytinqdə 116-cı olan Azərbaycan bu müddətdə rəsmi oyun keçirməsə də, 6 pillə irəliləyib. Hesabını 20 xal artıran Berti Foqtsun yetirmələri 305 xal toplayıb. Millimizin 1 ayda arxada qoyduğu yığmalar isə əsasən Afrika təmsilçiləridir.
Bunlar arasında Niger, Keniya, Çad, Sudan mililəridir. Komandamız, həmçinin San Tome və Prinsipi ilə Sent Kitts Nevisi də arxada qoyub. Ötən ay millimiz kimi 285 xalla 116-cı yerə şərik olan Farer adaları da artıq geridə qalıb.
Qeyd edək ki, siyahının ilk 3 pilləsində dəyişikliklər baş verib. İspaniya 1442 xalla zirvədə qalıbsa, Hollandiya 2-ci yeri əldən verərək 2 pillə geriləyib. Almaniya 1345, Uruqvay 1309 xalla “narıncılar”ı arxada qoyub.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0