Toni Adams: “Qəbələ”nin Avropada tanınmasında köməyimi əsirgəməyəcəm
10.04.2012 - 15:18
“Qəbələ” sabiq baş məşqçisi Toni Adamsla işbirliyini davam etdirəcək. Apasport.az saytının məlumatına görə, “Arsenal”ın canlı əfsanəsi bundan sonra “Qəbələ” klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsini yerinə yetirəcək.
O, yeni təyinatı ilə bağlı klubun saytına fikirlərini bildirib: “Qəbələ” klubundakı yeni vəzifəmə görə çox şadam. Klubun prezidenti Tale Heydərovla belə bir razılığa gəldik ki, mənim futbol biliyimi və klubun inkişafının hazırkı mərhələsini nəzərə alaraq, fəaliyyətim meydançadan kənarda daha çox faydalı ola bilər. Prezidentin müşaviri kimi, mən klubdakı vəzifələrimi uğurla yerinə yetirməyə çalışacağam və “Qəbələ”nin sadəcə Azərbaycanda deyil, Avropada da sayılıb-seçilən, qabaqcıl, bir sözlə peşəkar kluba çevrilməyində köməkliyimi əsirgəməyəcəm”.
Adams belə etimada görə, klub prezidentinə təşəkkürünü də bildirib: “Mənə bu cür etimad göstərdiyinə və klubdakı məqsədlərimin reallaşması üçün şərait yaratdığına görə klubun prezidentinə minnətdaram”.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0