Millimizin ən yaxşısı müəyyənləşdi
09.01.2014 - 18:52
1996-cı il təvəllüdədək futbolçulardan ibarə milli komandalar arasında keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə baş tutan Azərbaycan – Latviya oyununun ən yaxşıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təşkilatçılar yığmamızın heyətində Bəhlul Mustafazadəni fərqləndirib.
Oyunun 76-cı dəqiqəsində bərabərlik qoluna imza atmaqla (1:1) matçı penaltilər seriyasına daşıyan gənc futbolçu yığmamızın ən yaxşısı olub. Bəhlul son dəqiqələrdə meydana daxil olan və penaltilər seriyasında (3:0) 3 zərbə dəf edərək qol buraxmayan Ağaseyid Qasımovu da arxada qoyub.
Qeyd edək ki, Latviya millisində ən yaxşı adına ilk qolun müəllifi Andris Kruşatins layiq görülüb.

- “Roma” “Fənərbaxça” oyununa xüsusi forma ilə çıxacaq – Nepala yardım üçün
- "Mançester Yunayted" - "Sabah" matçı bu kanalda - TV AFİŞA
- Osimhen yoxdursa, qələbə də yoxdur – “Qalatasaray”ın Avropadakı uğursuz seriyası
- “Tottenhem”ə ciddi itki: MUDRİK ZƏDƏLƏNDİ
- Lamin Yamal Mbappenin rekordunu qırdı – Çempionlar Liqasında tarix yazdı
0
0