“Sumqayıt” tarixində 100-cü qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, bu yubiley Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib.
Səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən komanda 347-ci matçında 100-cü dəfə qalib gəlib. Digər oyunlarda 89 heç-heçə edən sumqayıtlılar 158 dəfə uduzub.
2010-cu ildə yaradılan klub indiyədək Premyer Liqada 77, Azərbaycan kubokunda 10, Birinci divizionda 13 dəfə qələbə qazanıb. “Sumqayıt”ın ilk qələbəsi də aşağı dəstəyə təsadüf edib. 2010/11 mövsümündə “Sumqayıt Şəhər” adı ilə çıxış edən debütant ilk qələbəsini 2010-cu il oktyabrın 2-də qazanıb. Həmin gün “Gənclik şəhəri” təmsilçisi evdə “Karvan”ı bir qolla məğlub edib.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza