11 ildən sonra finalda
20.04.2022 - 09:36
İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Milan”ı 3:0 hesabı ilə məğlub edən “İnter” finala yüksəlib.
Apasport.az saytının məlumatına görə, “neradzurra” bununla 11 illik həsrətə son qoyub.
Komanda sonuncu dəfə 2011-ci ildə İtaliya kubokunda final həyəcanı yaşayıb. Həmin vaxt həlledici matçda “Palermo”nu üstələyən milanlılar (3:1) turnirin qalibi olub.
Qeyd edək ki, “Milan”la “İnter” arasında ilk oyun qolsuz bərabərliklə yekunlaşıb. “İnter”in finaldakı rəqibi bu gün keçiriləcək “Yuventus” – “Fiorentina” (ilk görüş 1:0) qarşılaşmasının qalibi olacaq.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0