15 dəqiqə dayanan Madrid derbisində qalib müəyyənləşmədi
30.09.2024 - 00:58
15 dəqiqə dayanan Madrid derbisində qalib müəyyənləşmədi

"Atletiko" - "Real" matçı yarımçıq dayandırılıb.

Apasport.az xəbər verir ki, buna səbəb azarkeşlərin meydana kənar əşyalar atması olub.

Nəticədə hakimin qərarına əsasən Madrid derbisinin 69-cu dəqiqəsində komandalar soyunub-geyinmə otağına yollanıblar. "Real" hesabda 1:0 öndə olub.

Qarşılaşma 15 dəqiqə sonra bərpa olunub. Matçın son dəqiqələrində Anxel Korrea meydan sahiblərinə 1 xal qazandıran qolu vurub. Çox keçmədən "matroslar" azlıqda qalıb. Markus Llorente qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

0