18 yaşlı müdafiəçi "Çelsi"nin radarında
10.04.2026 - 16:22
18 yaşlı müdafiəçi "Çelsi"nin radarında

"Çelsi" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, "zadəganlar" "Verder"in üzvü Karim Kulibalini heyətinə qatmaq niyyətindədir.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Almaniya klubu 18 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, Kulibali bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 22 matçda 1 qolla yadda qalıb.