18 yaşlı yarımmüdafiəçi “Qalatasaray”da
04.02.2026 - 00:24
18 yaşlı yarımmüdafiəçi “Qalatasaray”da

"Qalatasaray" heyətini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın "Kasa Pia" klubunda çıxış edən Renato Nheqa ilə anlaşıb.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, 18 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün İstanbula dəvət olunub.

Qeyd edək ki, Nheqa bu mövsüm komandasının heyətində meydana çıxdığı 21 rəsmi matçda 2 qol və 1 assistlə yadda qalıb.