18 yaşlı yarımmüdafiəçi rəsmən “Qalatasaray”da
05.02.2026 - 01:11
18 yaşlı yarımmüdafiəçi rəsmən “Qalatasaray”da

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın “Kasa Pia” komandasında çıxış edən Renato Nheqanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 18 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb. “Sarı-qırmızılılar” bu keçid üçün qarşı tərəfə 6,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Nheqa bu mövsüm “Kasa Pia”nın heyətində keçirdiyi 21 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.