19 yaşlı futbolçu 20 illik həsrətə son qoydu - VİDEO
06.09.2024 - 10:31
19 yaşlı futbolçu 20 illik həsrətə son qoydu - VİDEO

UEFA Millətlər Liqasında mübarizə aparan San Marino millisi 20 ildən sonra ilk dəfə qələbə qazanıb. 

Apasport.az xəbər verir ki, D Liqasının 1-ci qrupunda yer alan San Marino Lixtenşteyni qəbul edib. 

Qarşılaşmanın ilk hissəsi 0:0 hesabı ilə başa çatıb. Meydan sahiblərinin 19 yaşlı hücumçusu Nikko Sensoli 53-cü dəqiqədə fərqlənib.

San-Marino 1:0 hesabı ilə qalib gəlib. Bu, “göy-ağlar”ın futbol tarixində 20 ildən sonra qazandıqları ilk qələbə olub .

Qeyd edək ki, San-Marino komandası 2004-cü ildə Lixtenşteyn üzərində qələbə qazanıb. Klub Endi Selvanın qolu ilə həmin matçda 1:0 hesablı qələbəyə sevinib. Bu matç komandanın beynəlxalq səviyyədə keçirilən bütün yarışlarda indiyədək qazandığı ilk və tək qələbəsi olub. 

0