19 yaşlı ulduz "Qalatasaray"ın hədəfində
20.08.2024 - 00:17
Türkiyənin "Qalatasaray" klubu Almaniya təmsilçisi "Borussiya Dotmund"un formasını geyinən Youssufa Moukoko ilə maraqlanır.
Apasport.az xəbər verir ki, futbolçunun xidmətində maraqlı olan klublar sırasında "Betis" və "Nottingem Forest" də var.
19 yaşlı Moukokonun transfer qiyməti 22 milyon avro dəyərində qiymətləndirilir.
Qeyd edək ki, almanların heyətində ümumilikdə 99 matça çıxan gənc ulduz 18 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0