“Barselona”nın futbolçusu Serjinyo Destin keçə biləcəyi klub bəlli olub.
Apasport.az saytının məlumatına görə, müdafiəçinin “Ayaks”a qayıdacağı gözlənilir.
İspaniya klubu 21 yaşlı amerikalı futbolçuya ehtiyac duymur. Bu üzdən müdafiəçi Niderlanda dönmək variantına üstünlük verir.
Nikolas Talyafiko və Nussair Mazrauinin mümkün gedişi amsterdamlıları da müdafiəçi almağa vadar edir. Bu üzdən 2020-ci ilin oktyabrında 21 milyon avroya satılan Destin geri qalınması real görünür.
Qeyd edək ki, amerikalının “Barselona” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. O, cari mövsümdə 14 matça çıxıb.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı