25 yaşlı qapıçı “Vest Hem”də - RƏSMİ
09.08.2025 - 21:06

İngiltərə Premyer Liqası təmsilçisi "Vest Hem" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Lester Siti"dən Mads Hermanseni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 25 yaşlı danimarkalı qolkiperlə 5 illik müqavilə imzalanıb. "Vest Hem" bu keçid üçün qarşı tərəfə 20,78 milyon avro ödəyəcək.
Qeyd edək ki, Mads 2023-cü ildən "Lester"də çıxış edirdi.
0
0