29 yaşında karyerasını bitirdi
24.06.2022 - 09:28
“Ayntraxt”ın futbolçusu Martin Hinteregger karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, avstriyalı müdafiəçi bu addımı 29 yaşında atıb.
O, klubu ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılıq əldə edib. 2024-cü ildə başa çatmalı olan anlaşma üçün ödənişlər olmayacaq.
Hintereggerin ultra sağ Avstriya Azadlıq Partiyasından olan siyasətçi ilə işgüzar münasibətlərə görə sərt tənqidlərə məruz qaldığından futbola vida edib. O, ideyaları üzündən sağçıları pislədiyini açıqlayıb.
Qeyd edək ki, Martin ötən mövsümün 37 oyununda 1 qol vurub.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
1
0