32 yaşlı futbolçu karyerasını bitirir
17.08.2024 - 18:21
Uzun illər "Mançester Yunayted " formasını geyinən Fil Cons futbolçu karyerasını bitirəcəyini açıqlayıb.
Apasport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi baş məşqçi olmaq arzusundadır.
O artıq UEFA A lisenziyası da alıb. İngilitərə mətbuatına açıqlama verən futbolçu baş məşqçi kimi uğurlu olacağına inandığını bildirib.
Qeyd edək ki, 2011-2023-cü illər arasında "qırmızı şeytanlar"ın formasını geyinən Fil Cons ümumilikdə 6 kubok qazanıb. Karyerasında 288 oyuna çıxan Cons 6 qol vurub, 9 qol ötürməsi verib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0