Luka Modriç karyerasını daha bir mövsüm “Milan”da davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə italiyalı insayder Canluka Di Martsio məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, tərəflər müqavilənin daha bir il uzadılması ilə bağlı razılığa çox yaxındırlar.
Modriç 2025-ci ilin yayında azad agent kimi “Real”dan ayrılaraq “Milan”a keçib. O, İtaliya klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Təcrübəli futbolçu ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.
Xorvatiyalı yarımmüdafiəçinin sentyabrda 41 yaşı tamam olacaq.
Qeyd edək ki, Luka Modriç peşəkar karyerası ərzində “Dinamo” (Zaqreb), “Zrinski Mostar”, “İnter Zapreşiç”, “Tottenhem”, “Real Madrid” və “Milan”ın formasını geyinib.
- "Qalatasaray"dan Bremerə təklif – İllik 8 milyon avro
- Olise ilə bağlı qalmaqal – 20 aylıq qızı var imiş
- Superliqada yeni qaydalar – VAR-ın səlahiyyəti genişləndirildi
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"