6-cı dəfə Avropa çempionatının final mərhələsində - Azərbaycan millisi
10.03.2021 - 08:37
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.
Apasport.az saytının məlumatına görə, Joze Alesionun yetirmələri Moldova ilə oyunda qazanılan qələbə sayəsində 6-cı dəfə bu hüquqa yiyələnib.
Aktivində 12 xal olan komandamız 3-cü qrupun lideridir. Millimiz ən azı ilk iki pilləni təmin edib. Bu isə yığmamıza həlledici raunda yüksəlmək imkanı verir. Komandamızdan başqa, Xorvatiya, İtaliya, Rusiya və İspaniya da final mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, futzalçılarımız moldovalılara 5:3 hesabı ilə qalib gəlib.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0